Bakıda erməni işğalçılarının fantaziyasına gülürlər

Bakıda erməni işğalçılarının fantaziyasına gülürlər

“Erməni tərəfi artıq öz bəyanatlarında çaş-baş qalıb”.

Üç dayaq məntəqəsinin tanınmamış “Dağlıq Qarabağ Respublikasının” nəzarəti altında qayıtması barədə məlumatlar həqiqətə uyğun deyil.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Bundan əvvəl Erməni Müdafiə Nazirliyindəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Ermənistan Ağdərə rayonunda üç döyüş dayaq məntəqəsini geri alıb.

“Onlar hələ səhər deyirdilər ki, Azərbaycan Silahlı Qüvvələri heç bir şeyi məhv etməyib. Onlar məhv edilməyən şeyi necə geri qaytarmaq istəyirlər? Erməni tərəfi artıq öz bəyanatlarında çaş-baş qalıb. Fantaziyaları onları yarı yolda qoyur”, - deyə, Dərgahlı bildirib.

0
11