Murat Bozdan sevgilisinə sürpriz ad günü

Murat Bozdan sevgilisinə sürpriz ad günü

Türkiyənin tanınmış müğənnisi Murat Boz sevgilisi Aslı Ənvərə sürpriz ad günü keçirib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sevgilisi üçün  restoranda xüsusi stol açdıran ifaçı ona sürpriz klip hədiyyə edib. Romantik ad günü təşkil etdiyini deyən M.Boz sevgilisinin özəl gününə yaxınlarını dəvət edib. A.Ənvər isə sürprizə görə M.Bozu öpərək təşəkkür edib.

M.Bozun atası partidən sonra təəssüratlarını mediayla bölüşüb: “Hər ana-ata nəvə sahibi olmaq istəyər. İnşallah xeyirlisi. Gəlinim Aslını da çox istəyirik”.

0
20