Ermənilər Qarabağa qayıtmaq istəmirlər

Ermənilər Qarabağa qayıtmaq istəmirlər

“Baş nazir” xalqı inandırmağa çalışır.

Apreldə dördgünlük müharibə zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionundan qaçan minlərlə erməni geri qayıtmaq istəmir.

Oxu.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

İşğal edilmiş ərazilərdə qanunsuz məskunlaşan ermənilər Azərbaycan Silahlı Qüvvələrinin uğulu hücum əməliyyatının davam edəcəyindən qorxurlar.

Qondarma “DQR hökuməti”nin “baş naziri” Ara Arutyunyan dünən və bu gün Ağdərədə bir qrup erməni sakinlə görüşündə hərbi əməliyyatlar zamanı köçənləri evlərinə geri qayıtmağa çağırıb.
“Mən Talış və Madaqis istisna olmaqla, bütün kənd icmalarının üzvlərini öz evlərinə geri qayıtmağa çağırıram. Çünki yeni təhdidlər üçün heç bir əsas yoxdur, situasiya nəzarətimiz altındadır. Sizi əmin etmək istəyirəm ki, bütün problemləriniz həll olunacaq. Geri qayıdanlara hər cür yardım göstəriləcək, evləri bərpa ediləcək”, - Arutyunyan bəyan edib.

Qeyd edək ki, 2-4 aprel tarixlərində Azərbaycan ordusu işğal edilmiş Ağdərə rayonunun Talış və Madaqis kəndlərini atəş altında saxlamaq imkanı verən yüksəklikləri ələ keçirib.

0
10