(R) Bonuslarınızı “DəmirBank”-ın Visa Electron kartına dəyişin

(R) Bonuslarınızı “DəmirBank”-ın Visa Electron kartına dəyişin

Müştərilərini mütəmadi olaraq müxtəlif kampaniyalarla sevindirən DəmirBank bu dəfə Hesab.az ödəniş portalının istifadəçilərinə etdikləri ödənişlərə görə topladıqları bonusları Bankın Visa Electron plastik kartına dəyişmək imkanını yaratmışdır.

21 aprel 2016-cı il tarixində başlamış kampaniya böyük maraqla qarşılanmışdır. Müştərilərin istək və müraciətlərini nəzərə alaraq, aksiyanın uzadılmasına qərar verilmişdir.

Kampaniyanın şərtlərinə görə, Hesab.az istifadəçiləri saytın “Dərhal Dəyiş”  bölməsinə daxil olmaqla 30 000 bonus müqabilində DəmirBankın Visa Electron debet kartını əldə edə bilərlər. Kart bir illik verilir. Həmçinin, Hesab.az saytında DəmirBank kartları ilə ödəniş edən bütün istifadəçilər iki qat bonus qazanır.

“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50 milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişini həyata keçirmək mümkündür.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

0
15