Peterburqda itkin düşən azərbaycanlı qızdan SON XƏBƏR: “Çoxlu şayiələr yayııb”

Peterburqda itkin düşən azərbaycanlı qızdan SON XƏBƏR: “Çoxlu şayiələr yayııb”

“Bir aya yaxındır ki, Rusiyanın Peterburq şəhərində itkin düşmüş Gülnarə Vəliyevadan hələ də xəbər yoxdur. Bu barədə Lent.az-a açıqlamasında Gülnarənin rəfiqələrindən biri məlumat verib.

Rəfiqəsinin dediyinə görə, şəhər polisi hələ də axtarışları davam etdirir. Gülnarənin rəfiqələri, tələbə yoldaşları, valideynləri, yaxınları növbəti dəfə dindiriliblər. “Biz də gözləyirik ki, nəhayət onun barəsində dəqiq xəbər alacağıq. Gülnarənin itkin düşməsi ilə bağlı çoxlu şayiələr yayılıb. Hərə bir söz deyir. Amma nə ölüsündən, nə də qaldısından bir xəbər yoxdur”.

0
15