Çavuşoğlu: "Gör nə hala gəlmişik ki..."

Çavuşoğlu: "Gör nə hala gəlmişik ki..."

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz ölkəsinə və bütün Avropaya səslənib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu dəfə nazir daha sərt ifadələrdən istifadə edib:

"Suriyadakı problemi həll etməsək DEAŞ və El-Nusra kimi terror təşkilatlarını məhv etməyimiz mümkün deyil. Bölgədəki problemi həll etməsək bu bəla yavaş-yavaş bizə tərəf gəlir".

Mövlud Çavuşoğlu əvvəcə Türkiyə rəsmilərinə üz tutub:

"DEAŞ-ı yox edəcək stratejimiz belə yox. Xırda-mırda bəzi stratejilərimiz var. Bunların da bir çoxu heç işləmədi. Gör nə hala gəlmişik ki, bölgədəki başqa radikal qruplardan mədət umuruq".

Nazir bu sözləri Antalyada terrorla bağlı keçirilən beynəlxalq bir toplantıda səsləndirib. İki gün davam edəcək toplantıda 18 ölkədən 22 şəhəri təmsil edən nümayəndələr iştirak edir.

Çavuşoğlu, onu da bildirib ki, bu gün Suriyadakı terror təşkilatlarına qatılmaq üçün dünyanın 120 ölkəsindən insanlar gəlir. O, bəyan edib ki, bu təkcə Suriyanın yox hamının probleminə çevrilir.

Çavuşoğlu, bunları da əlavə edib:

"Suriyadakı problemi həll etmədən DEAŞ və El-Nusra kimi terror təşkilatlarını zərərsizləşdirə bilməyəcəyik. Onları yensək belə ortaya yeniləri çıxacaq. 4 il əvvəl DEAŞ deyə bir terror təşkilatı yox idi. Əl Qaidə vardı. Heç Boko Haram-da ortalıqda görünmürdü. Amma indi bunlar bir-birlərinə dəstək verirlər. Hətta illərdən bəri Əfqanıstanda məhv edə bilmədiyimiz Taliban və buna bənzər terror təşkilatları ilə işbirliyinə giriblər. İndi biz bölgədəki bu problemləri həll etməsək bunlar bizə doğru gəlir. Əvvəlcə Türkiyəyə, sonra isə Avropaya üz tutacaq".

0
13