“WhatsApp”dan PC üçün yenilik

“WhatsApp”dan PC üçün yenilik

O, mobil proqram ilə sinxronlaşdırılacaq.

“WhatsApp” PC üçün mesencer proqramının müştəri proqramını istifadəyə verdi.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat yayılıb.

Destkop üçün müştəri proqramı “Windows 8” və daha yeni versiyalar, eləcə də Mac OS 10.9+ üçün işlək olacaq. O, mesencerin mobil proqramı ilə avtomatik sinxronlaşdırılacaq.

Proqramı şirkətin rəsmi saytında əldə etmək olar. Yüklənmiş proqramı açaraq, mesencerin artıq yükləndiyi smartfon vasitəsilə QR-şifrəni skan etmək lazımdır. Proqramın destcop versiyasında bildirişlər və qaynar düymələrin dəstəklənməsi əvvəlki kimi qalacaq.

0
18