Azərbaycan və Ermənistan ordularının fərqi – FOTO

Azərbaycan və Ermənistan ordularının fərqi – FOTO

Nazirlik real vəziyyəti göstərən görüntüləri təqdim etdi.

Azərbaycanın Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində “yaşayışı üçün” yaradılmış şəraitin əks olunduğu foto materiallarını yayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, tərifi “göylərə sığmayan Ermənistan ordusunun” necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini bu fotolardan açıq-aydın müşahidə etmək olur.






“Fərq müqayisə zamanı daha aydın görünür. Təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədədir”, - deyə nazirlikdən bildiriblər.

Digər fotolarda isə aprel ayının əvvəlində erməni işğalından azad edilmiş həmin mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.







Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.

0
14