Azərbaycanlı Yaroslavl polisini ayağa qaldırdı

Azərbaycanlı Yaroslavl polisini ayağa qaldırdı

Kişi 8 il azadlıqdan məhrum edilə bilər.

Bu günlərdə Yaroslavlda (Rusiya) polis əməkdaşları regiona saxta pul satmağa gələn Azərbaycan vətəndaşını saxlayıblar.

Oxu.Az “KP” istinadən xəbər verir ki, iki gün ərzində polisə, bu xarici vətəndaşın öz yerliləri ilə olduğu şəhər ticarət məntəqələrindən bir neçə şikayət daxil olub.

Onlar bütün mağazalarda kiçik alış-veriş edərək ödəməni saxta beş minlik əskinazlarla ediblər.

Növbəti saxta pulu realizə etmək istəyərkən bütün dəstəni polislər saxlayıblar. Saxta pulların hazırlanması, saxlanması və satılması faktı üzrə cinayət işi qaldırılıb. Məhkəmə istintaqın şikayətini təmin edib və Azərbaycan vətəndaşına dair həbs qətimkan tədbirini seçib.  

Kişi maksimum 8 il azadlıqdan məhrum edilə bilər.

0
16