Slutski Qarabağ münaqişəsini “indi və burada” həll etməyə çağırdı

Slutski Qarabağ münaqişəsini “indi və burada” həll etməyə çağırdı

“Dağlıq Qarabağ - çox incə məsələdir”.

Rusiya ATƏT-in Minsk qrupunun formatını regionda sühün dəstəklənməsi üçün hələ də rasional və səmərəli hesab edir. 

Oxu.Az “Vestnik Kafkaza”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski deyib.

“Dağlıq Qarabağ - çox incə məsələdir. Bu, qanlı münaqişədir və müvafiq təcrübəyə və mandata malik olmayanların bura müdaxilə etməsi lazım deyil.

Hər birimiz anlayırıq ki, bu qanlı problemi gələcək nəsillərə ötürməyə haqqımız yoxdur. Problem bizim nəslin həyatda olduğu dönəmdə həllini tapmalıdır”, - L.Slutski bəyan edib.

O vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun formatını hələ də rasional və səmərəli hesab edir.

Deputat artıq razılaşdırılmasından 7 il keçən Madrid prinsiplərinin hələ də yerinə yetirilmədiyinə görə təəssüfləndiyini bildirib.

0
7