Azərbaycanın Müdafiə Nazirliyi “Facebook”da – RƏSMİ

Azərbaycanın Müdafiə Nazirliyi “Facebook”da – RƏSMİ

Nazirliyin səhifəsi açıldı.

Feysbuk sosial şəbəkəsində Azərbaycan Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/www.mod.gov.az

Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına feysbuk sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

0
11