Prokuror Cavid Hüseynova iş istədi

Prokuror Cavid Hüseynova iş istədi

“O, məsələni aydınlaşdırmağa gəlmişdi”.

Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda şahid qismində Aydın Mahmudov ifadə verib. 

Şahid Cavid Hüseynovun xəstəxanada Rasim Əliyevlə görüşü barədə danışıb: 

“Məncə, Cavidin baş verənlərdən xəbəri yox idi, məsələni aydınlaşdırmağa gəlmişdi”.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Daha sonra prokuror çıxış edib. Prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi mayın 16-da davam etdiriləcək. 

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.

Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.

0
16