Mələkxanım gənc ifaçılara səsləndi: "Savadsızdırlar..."

Mələkxanım gənc ifaçılara səsləndi: "Savadsızdırlar..."

“Yeni çıxan ifaçıların savadları elə də yaxşı deyil, savadsızdırlar”. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Mələkxanım Əyyubova “5/5” verilişində gənc ifaçılardan danışarkən deyib:

“Biz özümüz evdə əyləşəndə tamaşaçı oluruq. Gənc ifaçılarımızın hamısı çalışır. Ola bilər ki, hansısa səviyyəyə qalxa bilmirlər, amma hamısı çalışırlar. Geyimlərinə, repertuarlarına fikir verirlər. Bir az da savadlarına fikir versinlər. Savad, dünyagörüşü olanda mədəniyyət də formalaşır. Onda gözəl musiqi də təqdim edə bilərsiniz. Səhnə davranışı, mədəniyyəti olmayanda, sənin saç düzümün də, yaxana taxdığın yaylıq da heç kimə lazım deyil. Bu sənətdə böyük insanlar olub. Hamıya bəliddir ki, onlar nümunə olub və indi biz onlardan örnək götürürük. Niyə indi bu sənət cılızlaşmalıdır ki?”.

0
16