(R) Unibank çempionatın qalibi oldu

(R) Unibank çempionatın qalibi oldu

Unibank əməkdaşları banklar arasında keçirilən şahmat çempionatını qalibiyyətlə başa vurublar. Çempionatda  Bankın Risk menecment departamentinin mütəxəssisi Rəsul Mənsimli 1-ci yeri tutub.  Komanda hesabında da Unibank qalib olub.

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı iləÜmummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi çempionat” 1 həftə davam edib.  Şahmat yarışına 20 bankdan 82 nümayəndə qoşulub.

Unibank- hər kəsin bankı

0
21