Azərbaycan geylərin yaşayışı üçün ən pis ölkədir

Azərbaycan geylərin yaşayışı üçün ən pis ölkədir

Tədqiqat hazırlanıb.

Qeyri-ənənəvi seksual orientasiyalı vətəndaşların həyatı üçün yararlı olan ölkələr reytinqində Azərbaycan sonuncu 49-cu yeri tutub.

Oxu.Az xəbər verir ki, tədqiqat Beynəlxalq Lezbian, Gey, Biseksual, Transvestit və İnterseks Assosiasiyasının (International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association - ILGA) Avropa filialı tərəfindən hazırlanıb və mayın 10-da təşkilatın saytında dərc edilib.

Tədqiqatın müəllifləri müəyyən ediblər ki, Azərbaycan ILGA-nın seksual azlıqların həyatı üçün müəyyənləşdirdiyi sosial bərabərlik şərtlərindən, yalnız beşinə müvafiqdir. Bununla yanaşı, 48 və 47-ci yerləri müvafiq olaraq səkkiz və doqquz faiz toplayaraq Rusiya və Ermənistan tutub.

Eyni zamanda geylərin yaşayışı üçün daha çox uyğun olan ölkə Böyük Britaniya olub – belə ki, o, meyarların 86 faizini təmin edib. Daha sonra Belçika (83 faiz) və Malta (77 faiz) gəlir.

0
21