Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox?

Paytaxt parklarının qazonları: Baxmaq olar, gəzmək yox?

“Bu sahədə maarifləndirmə işləri görülməlidir”.

Son illər Azərbaycanda əhalinin istirahəti üçün yeni parklar, yaşıllıqlar salınır, köhnə parklar isə müasirləşdirilir. Artıq Azərbaycanda elə bölgə yoxdur ki, belə parkları olmasın.

Ancaq İcra hakimiyyətləri insanların parklardan, parklardakı çəmənliklərdən istifadəsinə müəyən əngəllər yaradır. Dünyanın hər bir yerində insanlar hətta çəmənliklərdə pikniklər belə, keçirə bilirlər. Bizdə isə parklarda çəmənliklərə Adəm oğlunun ayağının dəyməsi yasaq edilib.

Maraqlıdır, icra hakimiyyətlərinin bu qadağası hansı məqsəd daşıyır?

Oxu.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzov modern.az saytına birmənalı şəkildə deyib ki, çəmənliklərdə oturmaq və onu tapdalamaq olmaz:

“Qazon hər yerdə qorunur, qulluq tələb edir. İnsanlar paltarlarını sərib otururlar onun üstündə, bu isə onun saralmasına və qurumasına səbəb olur.

Qazonun özünün xüsusi qulluq texnikası var. Sonradan yaradılmış çəmənliklərdə insanlar oturduqda, o sahə taptalandıqda, əzilir, saralır və quruyur.

Bəzən insanlar itlərini çəmənliklərdə gəzdirirlər, o itlər də ayaqları ilə çəmənliyi qazır, yararsız hala salır.

Parklarda, bağlarda yaradılmış gözəllik insanlar üçündür. İnsanlar bunları qorumalıdır. Bu sahədə maarifləndirmə işləri görülməlidir”.

Belə çıxır ki, ayrı-ayrı ölkələrdəki çəmənliklərlə bizdəki çəmənlikər arasında ciddi fərq var. Yəni bizdə çəmənliyə adam ayağı dəydisə, otlar saralır, məhv olur. Xaricdə isə belə deyil.

Bakı

Xarici ölkə

0
19