Bakı metrosunda adam öldü

Bakı metrosunda adam öldü

Polislər araşdırma aparırlar.

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyasında qeydə alınıb.  

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, hazırda polislər araşdırma aparırlar.

“Yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o dünyasını dəyişib”.

0
22