Bakıda beynəlxalq nəqliyyat sərgisi keçirilir

Bakıda beynəlxalq nəqliyyat sərgisi keçirilir

Tədbirdə 700 şirkət iştirak edir.

Bu gün Bakıda 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi işə başlayır.

Oxu.Az xəbər verir ki, 15 il ərzində sərgidə ümumilikdə 700 şirkət iştirak edəcək. 

Azərbaycanın Nəqliyyat Nazirliyi tərəfindən dəstək göstərilən builki sərgidə nəqliyyat sənayesinin naliyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunacaq. 

Qeyd edək ki, sərginin rəsmi açılış mərasimi saat 11:00-da baş tutacaq.

0
11