İrandan Azərbaycana 24 min ədəd siqaret gətirmək istədilər

İrandan Azərbaycana 24 min ədəd siqaret gətirmək istədilər

Gömrükçülər yoxlama aparıb.

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə sərnişin avtobusunda tütün məmulatının gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a bildirilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı sərnişin avtobusu yoxlanılıb. 

Yoxlama zamanı sözügedən sərnişin avtobusunun yataq yerinin sağ divarında olan havalandırma sisteminin arxasındakı boşluqda Azərbaycanın aksiz markası ilə markalanmayan 24 min ədəd “MM” adlı siqaret aşkar edilib.

Ülviyyə R. Əli
www.oxu.az

0
26