Bakıda kişi qollarını kəsib, özünü pəncərədən atdı

Bakıda kişi qollarını kəsib, özünü pəncərədən atdı

Polis məsələni araşdırır.

Bakının Nəsimi rayonunda intihar hadisəsi qeydə alınıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, R.Səfərov küçəsində Şəki rayon sakini 30 yaşlı Pavel Mixayloviç Yarullin anası Faniya Borisovna Zadorinanın yaşadığı evdə özünü öldürüb.

Belə ki, o, əvvəlcə hamam otağında bıçaqla qollarını kəsib. Daha sonra evin ikinci mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən əməliyyat tədbirləri keçirilir.

0
25