Məktəbi bitirə bilməyənlər üçün imtahanlar başladı

Məktəbi bitirə bilməyənlər üçün imtahanlar başladı

Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 mayda eksternat qaydasında imtahanlar keçiriləcək. 

Oxu.Az-ın məlumatına görə, eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq.

Məlumat üçün bildirək ki, eksternat qaydasında imtahan vermək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 533 nəfər müraciət edib.

İmtahanlar 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün 2 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin və buraxılış vərəqəsinin gətirilməsi vacibdir.

0
22