Kral kubokunun formatı dəyişə bilər

Kral kubokunun formatı dəyişə bilər

İspaniya kubokunun formatı dəyişə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə AS nəşri xəbər yayıb.

La Liqa klublarının və rəhbərliynin birlikdə keçirdiyi toplantıda turnirin həlledici mərhələsinin “Dördlər finalı” formatında keçrilməsi müzakirə olunub.

Bu formata görə, həlledici matçların bir şəhərdə oynanılması nəzərdə tutulub.

İspaniya klubları bu təklifə pozitiv yanaşırlar. Ancaq yeganə problem dörd klubun azarkeşlərinin eyni şəhərə yığışmağı olacaq.

Qeyd edək ki, “Dördlər finalı” formatı voleybol və basketbolda geniş istifadə olunur.

0
7