Obama Xirosimaya səfər edəcək

Obama Xirosimaya səfər edəcək

ABŞ prezidenti Barak Obama Yaponiyanın  Xirosima şəhərinə tarixi səfər edəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Ağ Evin məlumatına əsasən, səfər mayın sonuna planlaşdırılıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri aprelin sonunda Xirosimaya səfər edərək, 1945-ci ildə şəhərə atılan nüvə bombasının partlaması nəticəsində ölən minlərlə dinc sakinin xatirəsinə salınmış Sülh parkına baş çəkib.

0
10