Sürüşmə 50 nəfərin həyatına son qoydu

Sürüşmə 50 nəfərin həyatına son qoydu

Efiopiyada baş verən sürüşmə və daşqınlar nəticəsində ən azı 50 nəfər insan həyatını itirib.

  "Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli radiostansiyaya istinadən "Reuters" məlumat yayıb. Polis əməkdaşı Alemayehu Mamonun sözlərinə görə, Efiopiyanın cənubunda qeydə alınan sürüşmə nəticəsində 41 nəfər ölüb. Həmçinin məlumat verilir ki, ölkənin cənub-şərqində baş verən daşqınlar nəticəsində 9 nəfər ölüb, mindən çox iribuynuzlu hevan tələf olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yollar və körpülər dağılıb, yüzlərlə insan ölkənin müxtəlif hissələrində güclü leysan yağışlarından zərər çəkib.        Agentlik xəbər verir ki, Efiopiya hazırda son 50 ilin ən güclü quranlıq dövrünü yaşayır. Lakin buna baxmayaraq güclü leysan yağışları ölkənin müxtəlif yerlərində ciddi dağıntılara gətirib çıxarır.

0
15