Səmra Rəhimli “Eurovision” finalının I hissəsində çıxış edəcək

Səmra Rəhimli “Eurovision” finalının I hissəsində çıxış edəcək

Mayın 14-də Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin  birinci yarımfinalında iştirak edən 18 ölkədən finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə,  ilk əvvəl finala vəsiqə qazanmış ifaçılar təəssüratlarını bölüşüblər. Hər bir təmsilçinin çıxışından sonra onların mayın 14-də finalda hansı hissədə çıxış edəcəkləri müəyyənləşdirilib.  

Azərbaycan təmsilçisi Səmra Rəhimli "Miracle" mahnısı  ilə  birinci  hissədə çıxış edəcək.

0
34