Sakit Okean 5 adanı “udub”

Sakit Okean 5 adanı “udub” Sakit okeandakı 5 ada dəniz səviyyəsinin yüksəlməsi ilə sular altında qalıb. Həmin ərazidə yerləşən 6 ada da təhlükə altındadır.     Musavat.com xəbər verir ki, Avstralyanın 1500 kilometr şimal-şərqindəki Solomon adalarına aid 5 kiçik torpaq parçası iqlim dəyişikliyi ilə əlaqədar olaraq, dəniz səviyyəsinin yüksəlməsi nəticəsində sular altında qalıb.     Bu hadisə iqlim dəyişikliyinin Sakit okean sahillərindəki ilk elmi sübut kimi görülür.     Böyüklüyü 1 ilə 5 hektar arasında dəyişən adalarda yaşayışın olmadığı bildirilir.     Balaca kəndlərin olduğu digər 6 adanın isə qismən sular altında qaldığı və insanların oranı tərk etdiyi qeyd olunur.a
0
25