Səmra Rəhimli “Eurovision”da ilk çıxışını edib

Səmra Rəhimli “Eurovision”da ilk çıxışını edib

Müğənni Azərbaycanı “Miracle” adlı mahnı ilə təmsil edib.

İsveçin paytaxtı Stokholm şəhərində “Eurovision- 2016” Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanı gənc müğənni Səmra Rəhimli “Miracle” (“Möcüzə”) adlı mahnı ilə təmsil edib.

Həmyerlimiz səhnəyə 14-cü çıxıb. Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı da iştirak edib.

İlk yarımfinalda S.Rəhimlidən başqa, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta təmsilçiləri çıxış edib.

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

0
375