Diyarbəkirdə partlayış: 3 ölü, 42 yaralı

Diyarbəkirdə partlayış: 3 ölü, 42 yaralı

Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə Diyarbəkir valisi administrasiyasının məlumatında bildirilir.

“Diyarbəkirin Bağlar rayonunda saxlanılan PKK terrorçularını həkim müayinəsinə aparan   mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 12-si polis və 33-ü mülki şəxs olmaqla 45 nəfər yaralanıb, onlardan üçü sonradan xəstəxanada keçinib”, - deyə məlumatda bildirilir.  

Hələlik heç bir qruplaşma  partlayışa görə məsuliyyəti  öz üzərinə götürməyib.

0
9