Hindistanda qadının qarnından yeni doğulmuş fil balası ağırlığında şiş götürülüb - FOTO

Hindistanda qadının qarnından yeni doğulmuş fil balası ağırlığında şiş götürülüb - FOTO

Şişin çəkisi həkimləri şok edib.

Hindistan həkimləri qeyri-adi əməliyyat keçiriblər. 45 yaşlı Devi Kamleşin qarın nahiyəsindən 97 kq-lıq şiş çıxarılıb.

Oxu.Az Daily Mail-ə istinadən xəbər verir ki, şişin çəkisi həkimləri şok edib. Onu çəkisi təxminən bir yeni doğulmuş fil balası və ya 28 körpənin çəkisinə bərabər olub.

Qadın beş ildir ki, bu şiş ilə yaşadığını bildirib. Ərinin müalicə üçün pulunun olmadığı barədə sözləri ucbatından ağrılar hətta dözülməz olduğu halda belə, həkimlərə müraciət etməyib.

Altı ay bundan əvvəl Devinin həyat yoldaşı dünyasını dəyişib və o, həkimə müraciət etmək qərarına gəlib. Sən demə, daxilində gəzdirdiyi şişin çəkisi yeni doğulmuş fil balasının çəkisinə, yəni 100 kq-ya yaxındır.  

Həkim A.S.Yaqqi aztəminatlı insanların səhiyyə sisteminə çıxış ala biləcəkləri proqramı çərçivəsində qadını əməliyyat etməyə razılıq verib. Əməliyyat 3 saat çəkib və qadın sağ yumurtalığında böyüyən şiş kəsilərək götürülüb.

0
21