Azərbaycanda pilotsuz uçan aparatlardan istifadəyə icazə verilə bilər

Azərbaycanda pilotsuz uçan aparatlardan istifadəyə icazə verilə bilər

Qanuna dəyişiklik təklif edilir.

Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında dövriyyədə olmasına icazə verilə bilər.

Oxu.Az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı məsələ “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda siyahıda 17 adda məhsul və avadanlığın adı var. Təklif edilən dəyişikliyə əsasən isə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır.

Dəyişiklik Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

0
16