Obamadan TARİXİ ADDIM

Obamadan TARİXİ ADDIM

ABŞ prezidenti Barak Obama bu ay ərzində ölkəsinin İkinci dünya müharibəsi zamanı atom bombası atdığı Xirosimaya gedəcək.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu addımı ilə Obama Xirosimanı ziyarət edən ilk ABŞ prezidenti olacaq.

B.Obamanın Yaponiyanın prezidenti Şinzo Abe ilə birlikdə Xirosimaya gedəcəyi haqda məlumat verən Obamanın mətbuat xidmətinin rəhbəri Ben Rhodes bu ziyarətin iki ölkənin ortaq gələcəyinə söykənən bir dönüş olacağını deyib.

B.Obama ziyarəti çərçivəsində Yaponiyanın İse Shima yarımadasında təşkil ediləcək G7 zirvəsinə də qatılacaq.

Qeyd edək ki, daha əvvəl keçmiş ABŞ prezidenti Cimmi Karter də Xirosimanı ziyarət edib, ancaq o, həmin vaxt prezident postundan uzaqlaşmışdı.

Xatırladaq  ki, 1945-ci ilin avqustun 6-da Xirosimaya atılan atom bombası zamanı 140 min insan tələf olub.

Xirosima və Naqasakiyə atılan bombalar Yaponiyanın təslim olmasında və İkinci Dünya müharibəsinin yekunlaşmasında önəmli rol oynayıb.

0
8