Rəqsanə ilə türkiyəli müğənnidən yeni – FOTOSESSİYA

Rəqsanə ilə türkiyəli müğənnidən yeni – FOTOSESSİYA

Məşhurların fotolayihəsi ölkə xaricində baş tutub.

Tanınmış estrada ulduzu Rəqsanə, türkiyəli müğənni Adil Karaca ilə birlikdə yeni fotolayihəyə imza atıb.

Oxu.Az xəbər verir ki, uzun illərdir dostluq edən iki məşhur kamera qarşısına keçərək, maraqlı obrazlar ərsəyə gətiriblər.

Məşhurların bu fotolayihəsi ölkə xaricində baş tutub. Fotolarda Rəqsanənin xeyli kilo itirdiyi də diqqətdən yayınmır. Müğənni vədinə əməl edərək əvvəlki çəkisinə geri qayıtmağı bacarıb.

Sənətçilər bu fotosessiya ilə yanaşı yeni layihələrin başlandığını da bildiriblər. Cütlük tezliklə növbəti işbirliyini musiqisevərlərə təqdim edəcək.

0
19