“CinemaPlus” kinoteatrında ulu öndər haqqında film nümayiş olundu – FOTO

“CinemaPlus” kinoteatrında ulu öndər haqqında film nümayiş olundu – FOTO

“Heydər Əliyev - Əsl Məhəbbət Haqqında”.

Azərbaycanın premium kinoteatrı “CinemaPlus” ümummillli lider Heydər Əliyevin 93 illik yubileyi münasibətilə, Vaqif Mustafayevin çəkdiyi “Heydər Əliyev - Əsl Məhəbbət Haqqında” filmini nümayiş edib.

Oxu.Az xəbər verir ki, bu, Vagif Mustafayevin çəkdiyi 6-cı filmdir.

Filmdə Heydər Əliyev həyat yoldaşı oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşür.

Qeyd edək ki, “Heydər Əliyev - Əsl Məhəbbət Haqqında” filmi müxtəlif dillərə tərcümə olunub və dünyanın bir çox ölkələrində nümayiş olunub və beynəlxalq festivallarda iştirak edib. Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda isə əsas mükafata layiq görülüb.

Filmin kinoteatrda nümayişi 10 may, saat 14:00-da baş tutub. Nümayiş pulsuz olub.

0
9