Ağcabədidə yararsız ətlər aşkar edilib

Ağcabədidə yararsız ətlər aşkar edilib

Baytarlıq Nəzarəti Xidməti reydin nəticələrini açıqladı.

Mayın 8-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan tədbirlər çərçivəsində Ağcabədi rayonunun Aşağı Afşar kəndində məlumat əsasında reyd keçirib.

DBX-nin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, reyd zamanı Aşağı Afşar kəndi ərazisində qeyri-qanuni fəaliyyət göstərən 4 ədəd: kənd sakinləri Şamil Məzahir oğlu Rüstəmova, Pənah Əvəz oğlu Mamedova, Cəmil Yunis oğlu İsmayılova və Taleh  İbad oğlu Məhərrəmova məxsus heyvan kəsim yerləri müəyyən edilib.

Qanunsuz fəaliyyət göstərən Şamil Məzahir oğlu Rüstəmova məxsus heyvan kəsim yerində mənşəyinə və sağlamlığına dair heç bir müşahidəedici sənədi olmayan, xarici görünüşü, orqonoleptik göstəriciləri şübhə doğuran, baytarlıq müayinəsindən keçməyən 1 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan cəmdəkləri aşkar edilib.

Heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriyada aparılan müayinələr zamanı 2 nümunə xırdabuynuzlu heyvan ətində bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub.

Biokimyəvi müayinələr zamanı isə 2 nümunə xırdabuynuzlu heyvan ətinin keyfiyyətsiz  və baytarıq-sanitariya cəhətdən qida üçün yararsız olması müəyyən edilib. 

Onlara inzibati protokol tərtib olunub və Ağcabədi rayon baytarlıq müfəttişinin qərar ilə onların hər biri 200 manat miqdarında cərimə ediliblər. 

0
9