Suriyada 11 İran generalı öldürülüb

Suriyada 11 İran generalı öldürülüb

Bəşər Əsədrejimini müdafiə etmək üçün 2012-ci ilin payızında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrini, bu il martın 13-dən isə xüsusi təyinatlıları bu ölkəyə göndərən İranın itkiləri artır.

“Anadolu” agentliyinin İran mediasında yer alan xəbərlərə əsasən apardığı araşdırmaya görə, indiyə qədər Suriyada öldürülən İran generallarının sayı 11-ə çatıb. APA-nın verdiyi məlumata görə, İran hərbiçiləri hazırda əsasən, Hələbin cənubunda müxaliflərlə döyüşür. İran Suriyada ilk generallarını keçən ilin noyabr ayında itirib. SEPAH-a bağlı Qüds Qüvvələrinin komandanının köməkçisi general Hüseyn Həmədani Hələbdə, Əbu Zəhra adı ilə tanınan Hac Hamid Muhtarbend və Ferşad Hasunizadə adlı SEPAH generalı Hamada öldürülüb. Korpusun generalları Muhsin Kacariyan və Hasan Ali Şemsabadi də Suriyada öldürülən generallar arasındadır. Ötən dövr ərzində Dəməşq, Hələb və Kuneytra bölgələrində Hasan Şateri, Məhəmməd Semalizade, Abdullah İskenderi, Cabbar Derisavi və Ali Allahdadi adlı generalların da öldürüldüyü barədə İran mediasında məlumatlar yer alıb. Son olaraq ötən cümə günü Han Tumada general Durbin ilə bərabər Qüds Qərargahı komandirlərindən Şefiğ Şefii də daxil olmaqla, 15 İran əsgəri öldürülüb. Bu ilin aprel ayı İranın Suriyada ən çox əsgər itirdiyi aylardan biri kimi diqqət çəkib. İslam İnqilabını Mühafizə Korpusunun polkovniki Maşallah Şemse də daxil olmaqla, apreldə Suriyada 23 İran hərbçisi həyatını itirib.

Mart ayında Suriyaya yollanan İran xüsusi təyinatlıları da apreldə ilk itkilərə məruz qalıb.  Polkovnik Müçteba Zülfikar Neseb də daxil olmaqla, bir neçə zabit öldürülüb. Ümumiyyətlə, İran 2012-ci ildən bu günə qədər Suriyada 1200 hərbi qulluqçusunu itirib.

 
 

0
4