“Moody’s”: Rusiyada resessiya Azərbaycana mənfi təsir edəcək

“Moody’s”: Rusiyada resessiya Azərbaycana mənfi təsir edəcək

MDB-nin doqquz ölkəsindən beşində mənfi proqnozlar olduğu kimi qalacaq.

Rusiya iqtisadiyyatında resessiya növbəti iki il ərzində MDB ölkələrinin müstəqil reytinqlərinə mənfi təsir edəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu proqnoz “Moody’s” Beynəlxalq reytinq agentliyinin hesabatında təqdim edilib.  

Agentliyin proqnozuna görə, MDB-nin doqquz ölkəsindən beşində mənfi proqnozlar olduğu kimi qalacaq, bu isə gələcəkdə onların müstəqil reytinqlərinin enməsi imkanını əks etdirir.

“MDB ölkələrinin iqtisadçıları, maliyyə sektorları və büdcələri əvvəlki kimi neftin ucuz qiymətlərindən asılı olacaqlar. Bu, növbəti iki il ərzində həmin ölkələrin müstəqil reytinqlərində artımı ləngidəcək”, - “Moody’s”un eksperti Kristin Lindou belə hesab edir.

Rusiya, Qazaxıstan və Azərbaycan da həmçinin bu ölkələr siyahısına daxildir.

0
16