Rusiyada rüşvət verən azərbaycanlını 8 ilədək həbs gözləyir

Rusiyada rüşvət verən azərbaycanlını 8 ilədək həbs gözləyir

O, inzibati məsuliyyətdən yayınmaq istəyirdi.

Rusiyanın Pskov vilayətinin Palkino rayonunun prokuroru Azərbaycan vətəndaşına dair ittiham qərarını təsdiqləyib. O, səlahiyyətli şəxsə rüşvət verməkdə ittiham olunur.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə nəzarət idarəsinin mətbuat xidmətindən bildiriblər.

İstintaq zamanı müəyyən edilib ki, 2015-ci ilin iyunun 16-da müttəhim, Palkino rayonunun Vasilyevo kəndində yerləşən mağaza yaxınlığında yol polisinin avtomobilinin salonunda olarkən, Yol patrul xidmətinin inspektoruna 500 rubl (11 manat) məbləğində rüşvət təklif edib.

Bu yolla o, nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinə dair icbari sığortanın olmaması üçün cəzadan yayınmaq istəyirmiş.

Yol verilən qanun pozuntusu nəticəsində həmyerlimiz səkkiz il müddətinə azadlıqdan məhrum edilə və ya rüşvətin otuz misli həcmində cərimələnə bilər.

0
21