2015-ci ildə populyarlıq qazanmayan avtomobillərin reytinqi – FOTO

2015-ci ildə populyarlıq qazanmayan avtomobillərin reytinqi – FOTO

Diler mərkəzləri maşınları sata bilmir.

ABŞ-da avtokonsernlərin satış həcmlərinin təhlilinə görə, 2015-ci ildə polpulyarlıq qazanmayan avtomobillərin reytinqi tərtib edilib.

Oxu.Az xəbər verir ki, bundan başqa avtomobil saytlarından da məlumatlar istifadə edilib.

Daha az populyarlıq qazanan avtomobil hibrid hetçbek “Honda Insight”dır.

İkinci yerdə “Cadillac ELR” yerləşir. Bu kupe gənclər üçün təqdim edilib.

Üçüncü mövqedə “Dodge Avenger” yer tutub.

Reytinqə “Cadillac”, “Honda”, “Nissan” avtomobil konsernlərinin eyni anda bir neçə avtomobili daxildir.

Məsələn, “Cadillac CTS”, “Nissan GT-R” lazımi populyarlığı qazana bilmədilər. Avtomobil brendlərinin antireytinqə daxil edilən bəzi modellərin satışını rəsmi olaraq başa çatdırdıqlarını qeyd etmək vacibdir.

Diler mərkəzləri hələ də ambarlarda olan maşınları sata bilmir.   

0
9