“Allahu Əkbər” qışqıraraq insanlara hücum etdi

“Allahu Əkbər” qışqıraraq insanlara hücum etdi

Almaniyada qanlı insident baş verib.

Münhen şəhəri yaxınlığında dəmir yolu stansiyasında naməlum şəxs insanlara hücum edib. Hücum nəticəsində beş nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Yuxarı Bavariya polisinin rəsmi nümayəndəsi Mixael Qrob bildirib.

“Hadisə bu səhər, saat 5 radələrində baş verib. Şübhəli şəxs insanlara bıçaqla hücum edib. Beş nəfər yaralanıb, o cümlədən bir nəfərin vəziyyəti çox ağırdır, həyatı təhlükədədir. Şübhəli şəxs saxlanılıb. Onun kimliyi müəyyənləşdirilir”, - Qrob deyib.

Polis nümayəndəsinin sözlərinə görə, hadisə araşdırır.

Reuters-in məlumatına görə, naməlum şəxsin hücumundan sonra bir kişi ölüb.

Yerli KİV-in məlumatına görə, hücum edən şəxs gəncdir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları şahidlərin ifadələrini öyrənirlər. Şahidlərin sözlərinə görə, kişi hücum zamanı “Allahu Əkbər” qışqırıb.

0
11