Cəbhədəki vəziyyət “Formula-1”ə təsir edəcək?

Cəbhədəki vəziyyət “Formula-1”ə təsir edəcək?

“Hər şey plan üzrə gedir”.

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi “Formula-1” üzrə Avropa Qran-Prisinin ilk dəfə Bakıda təşkilinə təsir etməyəcək.

Oxu.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “R-Sport” portalına Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

O deyib ki, Gənclər və İdman Nazirliyi də belə bir açıqlama ilə çıxış edib: 

“Hər şey plan üzrə gedir. Yaranmış vəziyyətin heç bir təsiri yoxdur. Yürüş planlaşdırdığımız kimi də olacaq. Hər şey qüvvədədir”.

Qeyd edək ki, Avropa Qran-Prisi 17-19 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. 

0
35