Erməni generalının yaxın qohumu ağır yaralanıb

Erməni generalının yaxın qohumu ağır yaralanıb

Erməni generalı Seyran Saroyanın əmisioğlu Artur Saroyan təmas xəttində gedən döyüşlərdə yaralanıb.

Lent.az-ın erməni KİV-ə istinadən məlumatına görə, 32 yaşlı Artur Saroyan Erebunidə mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Onun Kəlbəcər istiqamətində, Murovdakı Ömər aşırımındakı postlardan birində yaralandığı bildirilir

Qeyd edək ki, Qarabağdakı erməni qüvvələrinin korpus komandiri olan general S.Saroyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı mülki əhaliyə qarşı xüsusi qəddarlığı ilə tanınıb.

0
5