Mərkəzi Bank bank sektoruna 1 milyard manat kredit verib - Elman Rüstəmov

Mərkəzi Bank bank sektoruna 1 milyard manat kredit verib - Elman Rüstəmov

"Svop əməliyyatları nəzərə alınmadan Azərbaycan Mərkəzi Bankı fəaliyyəti dövründə bank sektoruna təxminən 1 milyard manat həcmində kredit verib".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu kreditlərin əhəmiyyətli hissəsi dövlət zəmanəti ilə verilib: "Bu kreditlər əsasən sosial əhəmiyyətli layihələr üçün verilən kreditlərdir".

0
26