Gürcüstan prezidenti Qarabağda sülhə çağırdı

Gürcüstan prezidenti Qarabağda sülhə çağırdı

“İki ölkənin rəhbəri maksimum səy göstərməlidir”.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycan və Ermənistan rəhbərlərini Dağlıq Qarabağda “yaranmış gərgin vəziyyətin sülh yolu ilə həll edilməsi üçün maksimum səy göstərməyə” çağırıb. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatı o, çərşənbə axşamı Gürcüstanda NATO həftəsi çərçivəsində Tbilisidə keçirilən xalq diplomatiyasının beynəlxalq forumunda çıxış edərkən verib. 

“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan rəhbərləri gərgin vəziyyətin aradan qaldırılması üçün diplomatik vasitələrlə beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə münaqişənin sülh yolu ilə həllinə nail olmağa maksimum səy göstərəcəklər”, - Marqvelaşvili deyib. 

0
11