429.6 milyon dollar udub, amma üzə çıxmır

429.6 milyon dollar udub, amma üzə çıxmır

Amerikanın Nyu-Cersi ştatının sakini “Povervall” lotereyasının cek-potunda 429,6 milyon dollar udub.

Lent.az-ın “musavat.com”- a istinadən məlumatına görə, qalib hələ ki pulların arxasınca gəlməyib. Adətən belə böyük məbləğdə pul udanlar bir neçə ay özlərini gizlədirlər, medianın və ictimaiyyətin maraq dolu baxışlarından qaçırlar. Bu, ABŞ tarixində miqyasına görə doqquzuncu uduş sayılır. Rekord cek-pot 2016-cı ilin yanvarında, 1.6 milyard dollar məbləğində qazanılıb.

Bu il aprelin əvvəlində Böyük Britaniya sakini milli lotereya tarixində ən böyük cek-potu udub. Bu, 35.1 milyon funt sterlinq olub.

0
6