Kim Çen In bacısını vəzifəyə gətirdi

Kim Çen In bacısını vəzifəyə gətirdi

KXDR lideri Kim Çen Inın kiçik bacısı Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinə üzv seçilib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Kim Yo Çjon Mərkəzi Komitənin təşviqat və təbliğat şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Kim Yo Çjon ötən ilin martından etibarən müxtəlif tədbirlərdə qardaşını müşaiyət etməyə başlayıb.

Partiya orqanlarının yeni tərkibi mayın 6-9-da keçirilmiş qurultayda təsdiq edilib. Kim Çen In isə Koreya Əmək Partiyasının sədri seçilib.

0
31