Dərbəndin keçmiş başçısının atası öldürüldü

Dərbəndin keçmiş başçısının atası öldürüldü

Hacıəhməd Qazıəhmədov pedaqoji peşə məktəbinin direktoru vəzifəsində çalışıb.

Dərbəndin sabiq icra başçısı Feliks Qazıəhmədovun atası, 82 yaşlı Hacıəhməd Qazıəhmədov öldürülüb.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, faktla ilə bağlı cinayət işi açılıb. 

Polisdən bildiriblər ki, qətl hadisəsi bu gün səhər saatlarında baş verib. Onun üzərində odlu silah yaraları aşkarlanmış cəsədi yaşadığı evdə tapılıb.

Qeyd olunur ki, Hacıəhməd Qazıəhmədov əvvəllər şəhərdəki pedaqoji peşə məktəbinin direktoru vəzifəsində çalışıb.

0
31