Platini UEFA prezidenti postundan istefa verib

Platini UEFA prezidenti postundan istefa verib

İdman Arbitraj Məhkəməsi onun iddiasını qismən təmin edib.

Mişel Platini  Avropa Futbol Assosiasiyaları İttfiaqının (UEFA) prezidenti postundan istefa verib, ancaq məhkəmədə öz hüquqlarını qorumağa davam edəcək.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Bu gün İdman Arbitraj Məhkəməsi (CAS) M. Platinin iddiasını qismən təmin edib, futbol sahəsində 6 il fəaliyyət göstərməklə bağlı qərarı dəyişərək 4 ilə endirib. Eyni zamanda M. Platini ilə bağlı 80 min İsveç frankı məbləğində cəriməni də 60 min İsveç frankına qədər azaldıb. M. Platini isə məhkəmənin bu qərarını ədalətsiz sayıb və İsveç məhkəmələrində öz hüquqlarının müdafiəsini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, UEFA prezidenti M. Platini və FİFA-nın sabiq prezidenti Yozef Blatterin FİFA-nın etika üzrə Komitəsi tərəfindən futbol sahəsində fəaliyyətdən uzaqlaşdırılması pul köçürməsi ilə bağlıdır. J. Blatter 2011-ci ildə, FİFA prezidenti olduğu dönəmdə FİFA-nın hesabından M. Platininin hesabına 2 milyon İsveç frankı köçürüb. Komitə J. Blatterin M. Platini ilə şifahi razılaşma əsasında bu pul köçürməsinin həyata keçirildiyi barədə sözlərini inandırıcı saymayıb. 

J. Blatter və M. Platini FİFA-nın etika kodeksinin bir sıra bəndlərini pozmaqda günahkar sayılıblar. 

0
29