Gəncədə 21 yaşlı gənci ürəyindən vurub öldürdülər

Gəncədə 21 yaşlı gənci ürəyindən vurub öldürdülər

Faktla bağlı cinayət işi açılıb.

Gəncədə qətl törədilib.

Oxu.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün təxminən saat 15 radələrində şəhərin Heydər Əliyev prospektində bıçaqlanma hadisəsi baş verib.

4-cü mikrorayon, bina 23 a, mənzil 8-də yaşayan 21 yaşlı Müstəcəb Əliyev ürək nahiyəsindən bıçaqlanıb. O, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb. M.Əliyevin kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi ilə bağlı araşdırmalara başlanılıb.

0
62