İçərisində 74 500 manatlıq qızıl olan çantanı oğurlayan şəxslər tutulub

İçərisində 74 500 manatlıq qızıl olan çantanı oğurlayan şəxslər tutulub

DİN məlumat yaydı.

Tərtər rayonunda içərisində 74 500 manatlıq qızıl əşyalar olan çantanı oğurlayan şəxslər tutulub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də şəhər sakini Ramiz Məmmədova məxsus içərisində 74 500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə almış həmyerliləri Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulub.
Faktla bağlı araşdırma aparılır.

0
32