Rəsmi Tehran: “İran raket qüvvələri ilə bağlı ABŞ-la müzakirə aparmayacaq”

Rəsmi Tehran: “İran raket qüvvələri ilə bağlı ABŞ-la müzakirə aparmayacaq”

“İran  bölgənin kütləvi qırğın silahlarsız bir bölgə olmasını istəyir”. 

APA-nın Tehran bürosunun məlumatına görə,  İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari  bunu bu gün keçirdiyi həftəlik konfransda deyib.

H.Cabiri Ənsari  deyib ki, İranın  kütləvi qırğın silahlarla  bağlı siyasətinin  dəyişməzdir: “İran   bütün  beynəlxalq toplantılarda bu məsələni gündəmə  gətirib. Kütləvi qırğın silahları  ölkələr üçün heç bir hədəfi təmin etmir. Ölkələr və xalqlar üçün  təhlükəsi xeyrindən daha çoxdur.  Buna görə də İranın  kütləvi qırğın silahlarla bağlı  siyasəti  dəyişməzdir və regionun kütləvi qırğın silahlardan təmizlənməsini istəyir”.

H.Cabiri Ənsari onu da bildirib ki, ABŞ nüvə müzakirələri  zamanı  İrana dəfələrlə ölkənin raket və müdafiə gücü sahəsində  müzakirə aparmaq təklif edib: “Biz  heç vaxt bu təklifləri qəbul etməmişik. Düşünürük  İranın  hərbi və raket gücü  tamamilə müdafiə xarakterlidir və  təhlükələrə  uyğun olaraq planlaşdırılıb.  Heç vaxt  İran raket qüvvələri və müdafiə gücü ilə bağlı ABŞ-la müzakirə aparmayacaq. İranın  müdafiə  sahəsi müzakirə predmeti deyil”.

0
23